“Təfəkkür” universiteti yenidən açılır? – İDDİA

Baxılıb:471
“Təfəkkür” universiteti yenidən açılır? – İDDİA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış “Təfəkkür” universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub.
Fikir verdinizmi, ingilis, ispan dillərində tədris ?
Biləcəridən bəridə ispanca bilən 5 nəfər tapmaq olmadığı halda 1995-ci ildə görəsən bu universitet ispan dilində necə tədris aparırmış ?
İndi arxasına qulaq diqqət edin:
“Təfəkkür” Universitetinin ABŞ-ın Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri var olub.
Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə “Qran-Pri” mükafatına layiq görülmüşdür.
Yaxşı bu boyda yalan-palana bürünən, ancaq rüşvət yuvası olan Təfəkkür universiteti niyə bir günün içində bağlandı. Və tələbələrini heç başqa ali məktəblər də qəbul etmədi. Bax acı reallıq budur.
Və sonda Təhsil Nazirrliyi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Ancaq sonradan Təfəkkür universitetinin rəhbərliyi məhkəməyə müraciət edərək, qərarın ləğv olumasını tələb edib. Və bu proses Ali Məhkəməyədək uzanıb.
Təhsil Nazirliyi tələbələrin ortada qalmasını və digər qanunsuzluqları əsas gətirərək, məhkəmə qərarları ilə razılaşmayıb. Daha doğrusu ozamankı Baş Prokuror əlini Təfəkkür universitetinin rəhbərəliyinin kürəyindən çəkməyib.
İndi isə Zakir Qaralovun özünə ƏL lazımdır ki, kürəyinə qoysun.
Bəs onda Təffəkür Universitetində son vaxtlar baş verən canlanma və digər hallar nə ilə bağlıdır ?
Bu dəfə görəsən Təfəkkür Universitetinə kim “xozeyn”lik edəcək ? 
//gundelik-baku.com//


Abunəlik