TƏCİLİ! DYP açıqlama verdi

Baxılıb:316
TƏCİLİ! DYP açıqlama verdi


Bu gün asiya.az saytında “”MERO”lar vətəndaşın cibinə necə girir?” başlığı ilə yayımlanmış yazıya DYP-dən cavab gecikməyib. DYP ictimai əlaqələr şöbəsinin rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyev AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, saytda ictimailəşmiş fikirlər həqiqəti əks etdirmir:” Biz öz növbəmizdə asiya.az saytının rəhbəri Cəfər Cəfərovla əlaqə saxlayaraq faktların bizə təqdim olunmasını rica etdik. O, isə əlində heç bir fakt olmadığını, şikayətçi tərəfindən faktların ona bir neçə günə təqdim ediləcəyini bildirdi. Belə hallar polis imicinə zərbədən başqa bir şey deyil.” deyə o əlavə edib.


Abunəlik