TƏCİLİ! Aclıq aksiyası keçirən jurnalistin həbsxanada halı pisləşdi
AzTimes.az xəbər verir ki, 10 yanvar 2024- cü il tarixdə müstəqil jurnalist sarkazm.az saytının redaktoru Zaur Qəmbərovun məhkəmə prosesi keçirilib. 26 dekabr 2023-cü il tarixindən ona qarşı tətbiq edilən həbs qəti imkan tədbiri ədalətli saymayan, ,bu həbsin sifarişli olduğunu hesab edərək Gəncə 2 saylı saxlama təcridxanasında aclıq aksiyasına başlayan Zaur Qənbərov məhkəməyə gətirilsə də onun verilən sualların heç birinə cavab verməyə halı olmayıb. Yaxınları bildirir ki, vəziyyəti günü -gündən pisləşən jurnalisti aksiyanı dayandırmağa heç kəs razı sala bilmir.
Qardaşı Elməddin Qəmbərov AzTimes.az-a bildirib ki, qardaşının çəkisi 86 kq- dan 65-ə düşüb. Qan təzyiqi isəl həmişə 120/60 olduğu halda, hal-hazırda 80/60-dır. Zaur Qəmbərov ona qarşı ədalət təmin olunmasına, aksiyanı dayandirmayacağını bildirib.