Təbiət amansız oldu, “Armageddon” başladı – Ölkənin 4000 hərbçisi…

Baxılıb:258
Təbiət amansız oldu, “Armageddon” başladı – Ölkənin 4000 hərbçisi…

Polşanın cənubunda güclü yağışlar səbəbindən hava şəraiti daşqınlarla çətinləşib.

Bu barədə RMF FM radiostansiyası xəbər məlumat yayıb.

Bildirilib ki, ölkənin bəzi rayonlarında ən yüksək (üçüncü) dərəcə intensiv yağışlar olacağı barədə xəbərdarlıq edilir. Ekspertlərin fikrincə, sakinləri “çox çətin gecə” gözləyir.

“Qarşıda kritik bir gecə var, tam səfərbərlik lazımdır. Bu gecə və bəlkə də bazar günü rekord miqdarda yağıntı olacaq”, – Polşanın Baş naziri Donald Tusk “X”də yazıb.

Radiostansiyanın məlumatına görə, yerli sakinlərə qum torbaları paylanılır və ölkənin 4000 hərbçisi təbii fəlakətlə mübarizəyə cəlb olunub. Yolların yuyulması səbəbindən qatarlar işləmir, insanlar avtobusla hərəkət edirlər.

Bystrzyca Kłodzka meri vəziyyəti “Armageddon” adlandırıb və sakinləri təxliyə etməyə çağırıb.


Abunəlik