“Şuşa” restoranında Şuşanın sağlığına

Baxılıb:319
“Şuşa” restoranında  Şuşanın sağlığına

Hər şeyi adiləşdirib qəbullanmağı bacaran xalqıq. Babalarımız qoyub bu adəti bizə miras.Çünki  biz hədiyyə verməyi, peşkəş etməyi adət etmişik. Axı biz Urartu hökmüdarı Rusaya taxt qarşılığında 24 qalanı hədiyyə edən Ullusununun xələfləriyik.Biz azadlığını şəxsi mənafeyi qarşılığında satan yerli feodalların belindən gəlmişik. Biz bir qarın yeyib-içməyə Haçı Çələbini gürcü çarına satan xan babaların nəvələriyik. Bizim üçün əvəzedilməz heç nə, heç kim yoxdur həyatda. Yerinə qoymağı, əvəzləməyi bizim kimi bacaran başqa bir xalq bəxş etməyib tanrı yer kürəsinə bizdən savayı bəlkə də.

Nə əzab-əziyyətlə yaradılmış AXC-ni Azərbaycan SSRİ-yə dəyişən millətik biz. Dalğalanmasın üç rəngli bayraq, olsun qan qırmızı çəkic-oraqlı bez parçası. Daha yaxşı. Rəng israfına nə lüzum???

Qarabağa qara baxtım deyirdik bir zamanlar. Uğrunda döyüşürdük. İndi “Çornıy sad”dır. Qarabağ yoxdur? Olmasın!!! Əvəzində Qaradağda işıqlı mənzillər var. O mənzillərə yerləşdirilən mebellər üstündə etdikləri mübarizəni qarabağlılar Qarabağ uğrunda etsəyilər vaxtında, İndi İrəvanda dalğalanırdı üçrəngli bayrağımız .

Asan oldu hər şey çox asan. Birinci Qarabağ Müharibəsi zamanı əsir düşmüş zorlanan, belinə samavar bağlanan qız-gəlinlərin qulaqbatıran haraylarını bahalı otellərdə,işıqları göz qamaşdıran restoranlarda qədəh qaldıran gözəllərin qəhqəhələri batırdı.  Torpaqlar uğrunda can qoyan igidlərin avtopmatlarının, pulemyotlarının səsini gecələr küləklər şəhrinin işıqlı küçələrində şütüyən avtoş qaqaşların bahalı avtomobillərinin cüyültüsü, bir də “adə Əlsgər”, “Dinq-danq” edən siqnalları əvəzlədi. Vətən məni yetişdirib Qarabağa yolladı…..Nədi?  Bu marşı oxuyan məktəbliləri axtarırsınız? Yormayın özünüzü. Yoxdurlar. Neynirsiniz onları? Onları “Tik-Tok”dakı  kazbekə şey basıb zırlanan azyaşlılarımız əvəzləyir.  Şuşanı,Xocalını, Ağdamı, Fizulini, Laçını yol qırağında düzülmüş eyni adı daşıyan kafelərə, restoranlara dəyişdik. Bir ölümə çarı yoxdur. Əsas canımız sağ olsun. Dünyanın axırıdır bəyəm??? Oturub “Şuşa” Restoranında tost deyək: “Gün o gün olsun ki, Şuşada deyək bu sağlığı” Bəs “o gün” nə vaxt olacaq? Nə vaxt?

Pərvin Abışova  /AzTimes.az/

 


Abunəlik


11 thoughts on ““Şuşa” restoranında Şuşanın sağlığına

  1. Geri izləmə: obeng bet
  2. Geri izləmə: 68kub
  3. Geri izləmə: Biald Alrafidain
  4. Geri izləmə: Sylfirm
  5. Geri izləmə: arena breakout time2win
  6. Geri izləmə: m358
  7. Geri izləmə: check out this site
  8. Geri izləmə: zbet911

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir