Suriyalı ermənilər İrəvana axışırlar: Daha bir qrup gəldi

Baxılıb:30
Suriyalı ermənilər İrəvana axışırlar: Daha bir qrup gəldi

Son günlər Suriyada vəziyyət sakitləşsə də, ermənilər arasında hələ də çoxları Ermənistana köçmək istəyir.

Suriyanın Homs şəhərindən Ermənistana qayıdan Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında NEWS.am -ın müxbiri ilə söhbətində belə deyib.

Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər.

“Lakin biz hələ də prosesin gələcək inkişafını gözləyirik”, – Sefetyan əlavə edib.

Qeyd edək ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə Ermənistana qayıdıb.


Abunəlik