Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd “F-16” göndərir

Baxılıb:35
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd “F-16” göndərir

Narkotik ticarəti, Hizbullah və İsrailin təhdidləri ilə üzləşən Dəməşq rəhbərliyi sərhəd təhlükəsizliyini təmin etmək üçün Türkiyədən kömək istəyib. Məlumata görə, Türkiyə Suriyada iki hərbi baza quracaq.

Ankara ilə sıx diplomatiya və əməkdaşlıq əlaqələri quran Əhməd əl-Şara rəhbərliyinin əsas tələbi pilotsuz uçuş aparatlarıdır.

Dəməşq hökuməti xüsusilə İsrail sərhəd dəhlizinə nəzarət etmək üçün əlavə radar və inteqrasiya edilmiş təhlükəsizlik sistemlərinin yerləşdirilməsini də istəyir. Suriya Müdafiə Nazirliyi ilk PUA çatdırılmasının yaxın gələcəkdə baş tutacağı barədə məlumat paylaşıb.

Ərəb mənbələrinin məlumatına görə, Türkiyə və Suriya ortaq müdafiə müqaviləsi imzalayacaq. Yaxın vaxtlarda imzalanması gözlənilən müqaviləyə əsasən, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya kömək edəcək.

Razılaşmada həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna və pilotlarına təlim keçməsi və Türkiyənin Suriyada iki hərbi baza quracağı da qeyd olunub.

Razılaşmanın digər bəndi isə Türkiyənin Suriya Hərbi Hava Qüvvələri tamamlanana qədər ölkənin suverenliyini hədəfə ala biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalara 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdirməsidir.


Abunəlik