Suriya konstitusiyası da dəyişdirilir

Baxılıb:36
Suriya konstitusiyası da dəyişdirilir

Suriyada ölkə konstitusiyasına dəyişiklikləri hazırlamaq üçün xüsusi komitə yaradılacaq.

Bu barədə Suriya müxalifətinin siyasi şöbəsinin nümayəndəsi “Əl-Cəzirə” telekanalına bildirib.

Kanalın həmsöhbəti qeyd edib ki, əvvəllər qəbul edilmiş konstitusiyaya baxış keçirmək və ona əlavə və dəyişikliklər etmək üçün konstitusiya komitəsi yaradılacaq.

Dekabrın 10-da Məhəmməd Əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edilib. Onun sözlərinə görə, yeni hakimiyyət orqanları 2025-ci il martın 1-dək dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək.

Əl-Bəşir vurğulayıb ki, müvəqqəti hökumətin vəzifələrinə təhlükəsizliyə nəzarət, dövlət institutlarının sabitliyini qorumaq və dövlətin dağılmamasını təmin etmək daxildir.


Abunəlik