Süni intellekt qəfil ürək dayanmasını iki həftə əvvəl proqnozlaşdıracaq

Baxılıb:45
Süni intellekt qəfil ürək dayanmasını iki həftə əvvəl proqnozlaşdıracaq

Fransa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması riski barədə erkən xəbərdarlıq edə bilən süni intellekt aləti yaradıb.

Bu barədə araşdırma “The Lancet” elmi jurnalında dərc olunub.

Hazırlanmış sistem elektrokardioqram məlumatlarını təhlil edərək insan beyninin işini simulyasiya edir.

Süni intellekt ürəyin mədəciklərinin elektrik stimullaşdırılması və relaksasiyasının vaxtını təhlil etməyə, ürək əzələsinin fəaliyyətində incə, lakin kritik dəyişiklikləri müəyyən etməyə yönəlib.

“Sistemimiz yüksək dəqiqlik nümayiş etdirir. O növbəti iki həftə ərzində təhlükəli aritmiyanın inkişafı riski altında olan xəstələrin 70%-ni düzgün müəyyən edib və yalnız 0,1% halda yanlış məlumat verib”, – Paris Ürək-Damar Tədqiqat Mərkəzinin kardioloqu, tədqiqatın həmmüəllifi Laurent Fiorina bildirib.

Qeyd edək ki, ənənəvi diaqnostika üsulları hər il dünyada 5 milyondan çox insanın ölümünə səbəb olan qəfil ürək dayanmasını proqnozlaşdıra bilmir. Belə ki, bu halın qurbanı olmuş şəxslərin çoxunda əvvəllər ürəkdə heç bir problem aşkar edilməmiş insanlar olub.

Texnologiya xəstəxana monitorlarına və gələcəkdə isə hətta ağıllı saatlara və digər portativ cihazlarda istifadə edilə bilər ki, bu da əhalinin qəfil ölüm riskinin olub-olmamasının kütləvi şəkildə yoxlanılmasına imkan verir.


Abunəlik