Sumqayıtda qadın şəkilləri ilə şantaj edildi

Baxılıb:230
Sumqayıtda qadın şəkilləri ilə şantaj edildi

Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın bir nəfərin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 300 manatını almasını, sonradan isə yenidən hədələməsini bildirib.

AzTimes.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Corat qəsəbə sakini Pərvin Bayramov müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Abunəlik