Sumqayıtda qadın qadını bıçaqladı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.