Stresi aradan qaldırmaq üçün rasionu dəyişmək lazımdır

Baxılıb:120
Stresi aradan qaldırmaq üçün rasionu dəyişmək lazımdır

Narahatlıq və həyəcanın öhdəsindən gəlmək üçün dərhal dərman almağa ehtiyac yoxdur, rasionunuzu tənzimləməyə başlaya bilərsiniz.

Bu barədə rusiyalı psixoterapevt, tibb elmləri namizədi, Federal Qidalanma və Biotexnologiya Araşdırma Mərkəzinin klinik qidalanma klinikasının diaqnostika şöbəsinin həkimi Oleq Qladışev hansı qidaların insanları sakitləşdirməyə və stresi aradan qaldırmağa kömək etdiyi barədə danışıb.

Mütəxəssisin fikrincə, şokolad kimi sürətli karbohidratlar stresin dərhal qarşısını almağa kömək edir:

“İdeal olaraq, tərkibində 70% kakao olan tünd şokoladı seçin. Ümumiyyətlə, rasion elə qurulmalıdır ki, tərkibində həmişə stres və narahatlığın qarşısını almağa kömək edən qidalar olsun. Bundan ötrü gündəlik menyuya ət daxil edilməlidir. O, yavaş-yavaş həzm olunur və enerjini tədricən buraxır”.

“Qarabaşaq və yulaf yarması da pis əhvali-ruhiyyəni aradan qaldırmağa kömək edir. Onların tərkibində əhvali-ruhiyyəni yaxşılaşdıran sevinc hormonu olan serotoninin sələfi olan triptofan var. Bundan əlavə, süd məhsullarını da unutmayıb. Onlar bağırsaq mikroflorasına faydalı təsir göstərir və immunitet sistemini gücləndirirlər”, – deyə Qladışev fikrini tamamlayıb.


Abunəlik