Şoyqu Bakıya gəlir, Türkiyə ordusu ilə bağlı mühüm qərar-DETALLAR
Rusiya müdafiə nazri Sergey Şoyqu sonuncu dəfə avqustda – Türkiyə-Azərbaycan hərbi təlimlərindən sonra Bakıya gəlmişdi:
1. Türk ordusunun Azərbaycanda varlığı nə qədərdir və bu, nə qədər davam edə bilər?
2. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı minimallaşdırılmalı (söhbət türk hərbiçilərinin varlığından gedirdi), yaxud Ankara Qarabağ məsələsində həlledici rol oynamamalıdır.
Şoyqunun həmin vaxt öyrənmək istədiyi və irəli sürdüyü tələb bunlar idi. Bu səfər müharibədən əvvəl Moskva görüşündən öncə olmuşdu və məqsəd görüşdə veriləcək qərara istiqamət vermək idi.
Moskva görüşündə Lavrov Türkiyənin masada olmasına qarşı olduqlarını açıq şəkildə bildirdi və bunun üçün əllərindən gələni etdilər də.
Bakı geri çəkilmədi və müharibə ilə rusların hakim olduğu masanı dağıtdı, Moskvanı hesablaşmağa məcbur etdi.
Şoyqunun müharibədən öncəki Bakı səfərində müharibənin başlayacağı haqda yazmışdıq.
İndi Şoyqu yenidən Bakıdadır, amma bu dəfə şərtləri biz qoyuruq. Artıq ruslar Bakıya diktə edə bilmir (diqqət: ermənilər yox, məhz ruslar).
– Üçtərəfli razılaşmanın reallaşması: dekabrın 1-nə qədər Kəlbəcər və Laçının təhvil verilməlidir;
– Türkiyə ilə birlikdə qurulacaq atəşkəsə nəzarət mərkəzinin yerinin müəyyən edilməsi: mərkəz işğaldan azad olunmuş ərazilərdə və Azərbaycanın istədiyi yerdə olacaq;
Səfərin məqsədi budur və hər şey Bakının istəyinə uyğun davam edir: bölgə bizim maraqlarımıza uyğun yenidən dizayn edildi…
Müharibədən öncəki Şoyqu ilə müharibədən sonrakı Şoyqu eyni deyil.
AzTimes.az