Sovetin kosmik stansiyası Azərbaycana düşə bilər – ŞOK XƏBƏRDARLIQ
SSRİ-yə məxsus, çəkisi təxminən yarım ton olan planetlərarası “Kosmos-482” stansiyası yaxın günlərdə Yerə düşəcək.
Bu barədə Rusiya mediası yazıb.
Mütəxəssislər cihazın yaşayış məntəqələrinə düşmə təhlükəsinin olduğunu bildirirlər.
Orbital parametrlər əsasında aparılan hesablamalar göstərir ki, aparat tamamilə quru üzərinə, çox güman ki, Misir, Suriya, Türkiyə və Azərbaycan ərazisinə düşə bilər. Ona görə də modulun yaşayış məntəqələrinə düşməsi riski var.
Qeyd edək ki, söhbət 1972-ci ildə Veneraya buraxılan, lakin Yer orbitində qalan “Kosmos-482” stansiyasının eniş modulundan gedir.
Onun dəqiq hansı gündə Yerə düşəcəyi hələ məlum deyil. May ayının birinci yarısında baş verəcəyi gözlənilir.