Sosial təhlükəli vəziyyətdə 4 azyaşlı AUİB-nin Uşaq Sığınacağına yerləşdirildi.
Bu gün sosial şəbəkələrdə günlərdir paylaşılan Cəlilabad rayonunda küçədə yaşayan 4 azyaşlı uşaq Cəlilabad Rayon Məhkəməsinin qərarı əsasında sosial təhlükəli və baxımsız vəziyyətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
İlkin olaraq uşaqların ehtiyacları qarşılanmış və azyaşlılar həkimlər tərəfindən ilkin qiymətləndirilmişdir.