Sosial şəbəkələr cərimələnəcək
Avstraliya hakimiyyəti “Facebook”, “Google”, “Twitter”, “TikTok” və podkast xidmətləri kimi platformalar üçün “məcburi” standartlar təyin edəcək.
Platformalar yeni qanunlar çərçivəsində dezinformasiya ilə mübarizə apara bilməsələr, milyardlarla dollar cərimə ilə üzləşə bilərlər.
Təklif olunan qanuna əsasən, “Facebook”, “Google”, “Twitter”, “TikTok” və podkast xidmətləri kimi platformaların sahibləri illik qlobal dövriyyəsinin 5 faizinə qədər cərimə ilə üzləşəcəklər.
Həmçinin bildirilib ki, Avstraliya Kommunikasiya və Media Təşkilatına yeni səlahiyyətlər veriləcək.