Son vaxtlar bir sıra xəbər portallarında adına müxtəlif cür ittihamlar irəli sürülən “Uğur 777” estetik klinika mərkəzindən cavab verilib.

Baxılıb:30
Son vaxtlar bir sıra xəbər portallarında adına müxtəlif cür ittihamlar irəli sürülən “Uğur 777” estetik klinika mərkəzindən cavab verilib.

Aztimes.az Patrulaz.az-a istinadən xəbər verir ki, açıqlama verən klinika nümayəndəsi Fatimə Mahmudova bildirib ki, əksər pasiyentlər göstərilən xidmətlərdən razı qalsalar da, bəzi media qurumları tərəfindən gerçəkliyi əks etdirməyən məlumatlar yayılır:
“Son vaxtlar klinikanın fəaliyyəti ilə bağlı pasiyentlərin razılığı olmasına baxmayaraq, bəzi saytlar, xəbər portalları ağır ittiham və yalanlarla mərkəzin fəaliyyətinə xələl gətirəcək məlumatlar paylaşırlar. Bu şayiələrin qarşısını almaq, dırnaqarası informasiyaların yalan olduğunu sübuta yetirmək və real olanı göstərmək üçün bu açıqlamanı etməyə özümüzə borc bildik”.

Klinika rəhbərliyi açıqlamada mərkəzdə fəaliyyət göstərən həkimlərin, Gülbadə Abdullayeva və Xəyalə İsmayılovanın sahə üzrə müvafiq diplom və sertifikatlara sahib olduqlarını, prosedurlar zamanı istifadə edilən avadanlıqların isə peşəkar səviyyədə olduğunu vurğulayıb.

Eyni zamanda, 8 ildir fəaliyyət göstərən mərkəzin uğurlu əməliyyatlarının pasiyentlər tərəfindən yüksək qiymətləndirildiyi də qeyd olunub.

Mərkəz bu ittihamların yalan olduğunu sübuta yetirmək məqsədilə estetik müdaxilələr zamanı istifadə olunan avadanlıqları da göstərərək bu barədə məlumat verib.

Xatırladaq ki, klinikaya qarşı səsləndirilən iddialarda qeyri-peşəkar müdaxilələr, prosedurlardan sonra ağırlaşmalar, vəd edilən nəticələrin yerinə yetirilməməsi və şikayət edən pasiyentlərin susdurulmağa çalışılması kimi yalan və əsassız ifadələr yer almışdı.

Qeyd edək ki, mərkəzin rəsmi səhifəsindəki istifadəçi rəylərindən də aydın olur ki, pasiyentlər klinikadan razı qalıblar. Onlar yayılan ittihamların əsassız olduğunu və bu məlumatların klinikanı gözdən salmaq məqsədilə yayıldığını vurğulayıblar.

O cümlədən, “Uğur 777” estetik klinika mərkəzi dövlətin sahibkarları dəstəkləməsinə baxmayaraq, bu tip yalan ifadələrlə klinikanı gözdən salmaq istəyən jurnalistləri və media qurumlarını obyektivliyə çağırıb.

Gülbəniz Səfərova


Abunəlik