“SON NƏFƏSƏDƏK” filminin qala gecəsindən -FOTOREPORTAJ
2017-ci ildə Nurəddin Aslanovun təşəbbüsü ilə çəkilişinə başlanan “Son nəfəsədək ” filmi Birinci Qarabağ Müharibəsinin başlama səbəblərini özündə əks etdirən, real hadisələrə söykənən filminin primerası oldu.
Film ümumi Qarabağ haqqında yox, konkret bir neçə kəndin ətrafında baş verən hadisələrdən bəhs edir. Baş rolunu İlqar Cahangirin canlandırdığı “Son nəfəs” filminin kadro heyəti gənc, o qədər də məhşur olmayan aktyorlardan təşkil edilsə də uğurlu və möhtəşəm performans filmi daha da baxımlı və maraqlı edir. Möhtəşəm ssenari, uğurlu rejissor və mükəmməl kadro seçimi Qarabağ həqiqətlərini bütün çılpaqlığı ilə gənc nəsillərə çatdırmaq üçün ən gözəl vasitədir. Bu mövzuya müraciət rejissor tərəfindən Azərbaycan gəncliyinə və həmçinin kinosuna edilən qiymətsiz tövhədir.
Tədbir iştirakçılarından olan Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək bildirdi ki, Qarabağ müharibəsi haqda filmlər insanları qələbəyə ruhlandırır. Gənc nəsidə vətən sevgisi aşılayır. Bu baxımdan Qarabağ mövzusuna müraciət edən rejissorlara dəstək olmaq vacibdir.
Milli Məclisin üzvü Aqil Abbas, Birinci Qarabağ iştirakçıları, aprel döyüşçüləri, şəhid ailələri ilə yanaşı bir çox media nümayəndələrinin də iştirak etdiyi primera uğurla baş tutub. Çıxışlardan sonra film ictimaiyyətə təqdim olunub.
AzTimes.az saytı əməkdaşlarının da iştirak etdikləri primeradan yadda qalan fotoları sizlərə təqdim edirik.