SON DƏQİQƏ! Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılov “Azərbaycan Reallığı”na qarşı hücuma keçdi

Baxılıb:138
SON DƏQİQƏ! Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılov “Azərbaycan Reallığı”na qarşı hücuma keçdi

Media İnkişafı Agentiliyi “Azərbaycan Reallığı”na qarşı Şirvan Şəhər Apellyasiya məhkəməsinə müraciət edərək Azerbaycanrealligi.com saytının faliyyətinə xitam verilməsin istəyir. Bununla bağlı bu ayın 15-də saat 15:00 da məhkəmə hazırlıq iclası təyin olunub.

“Azərbaycan Reallığı” olaraq 5 ildən artıqdır ki, fəaliyyət göstəririk. Fəaliyyətimizdə hər zaman dövlət və dövlətçlik pirinsiplərini qorumuşuq, saytımıza müraciət edən yüzlərlə vətəndaşların problemini ictimailəşdirərək onların haqq səsini aidiyyəti qurumlara çatırmışıq, kimlərinsə çətiri altında fəaliyyət göstərmədiyimizə görə dəfələrlə təzyiqlərə məruz qalmışıq, habelə bir çox məmurların onlara verilən vəzifəni layiqincə yerinə yetirə bilmədiklərinə görə dəfələrlə tənqid etmişik. Elə buna görə də məhkəmə qapılarında qalmışıq.  

Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılov fəaliyyəti barədə bir çox tənqidi fikirlərimizi cəmiyyətə açıq olaraq çatdırmışıq. Bu qurumun isə bizi məhkəməyə verərək fəaliyyətimizə xitam verməsini istəməsini təbii ki normal qarşıladıq.

Zatən Əhməd müəllimin “Azərbaycan Reallığı”na qarşı hücuma hazırlaşması barədə məlumatlar almışdıq, necə ki, zamanla Vasif Talıbov, Ramiz Mehtiyev, Əli Həsənov və digərləri azad mediaya qarşı hücumlar edib  istədikləri xəbər saytının fəaliyyətini bloklatdırırdılar. Hələ bu azmış kimi baş redaktorları da müxtəlif ittihamlarla həbsxana divarları arxasına göndərirdilər.

Görünən artıq odur ki, yenidən o dönəmi təkrarlamaq istəyən qüvvələr peyda olub. Ümid edirik gecə –  gündüz dövlət və xalq keşiyində dayanan hüquq-mühafizə orqanları buna imkan verməyəcək. Yeni təyin olunan Ədliyyə naziri Fərid Əhmədov dönəmində məhkəmələrdə aparılan uğurlu islahatlar buna imkan verməyərək ədalətli məhkəmə qərarı çıxarılacaq


Abunəlik