SON DƏQİQƏ! Jurnalist Anar Məmmədova hücum oldu- VİDEO

Baxılıb:475
SON DƏQİQƏ! Jurnalist Anar Məmmədova hücum oldu- VİDEO

AzTimes.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov şəxsi “Facebook” hesabında məlumat yayıb . Bunla yanaşı o hücumu əks etdirən videonu paylaşaraq Daxili İşlər Naziri general – polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Daxili işlər naziri, polis general-polkovniki, cənab Vilayət Eyvazova, Criminal.az saytının baş redaktoru Anar Məmmədov tərəfindən
MÜRACİƏT
Cənab nazir, ötən ilin noyabrında həyatımın təhlükədə olması barədə sizə online müraciət etmişdim. Həmin müraciət Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsində araşdırıldı. Bu gün isə həmin şəbəkənin üzvləri işdə olarkən mənə hücum etdilər, məni otağıma salaraq qapını arxadan bağladı, döyərək getdilər. Səbəb onların cinayət əməllərini ifşa etməyimdir. Məsələ ilə bağlı 102 xidmətinə müraciət etmişəm. Xahiş edirəm, başıma gələn hadisəni nəzarətinizə götürəsiniz və həmin şəxslərin cəzalandırılmasına göstəriş verəsiniz.
Hörmətlə: Anar Məmmədov


Abunəlik