SON DƏQİQƏ! “Əfi” həbs olundu

Baxılıb:30
SON DƏQİQƏ! “Əfi” həbs olundu

“TikTok” platformasında qeyri-etik və  əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı hüquq-muhafizə əməkdaşları tərəfindən tədbirlər görülməkdə davam edir.  

“Azərbaycan Reallığı” əldə etdiyi məlumata görə, “TikTok” sosial şəbəkəsində etik qaydalarına uyğun olmayan qeyri-etik paylaşımlar edən “Əfi” adı ilə tanınan Əflatun Rüstəmov həbs olunub. 

Onun barəsində  İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq)  maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Qanuna müvafiq olaraq məhkəmə hakimi haqqında inzibati qaydada həbs qərarı verilib.


Abunəlik