SON DƏQİQƏ:Ucarda ağır qəza-olənlər var

Baxılıb:218
SON DƏQİQƏ:Ucarda ağır qəza-olənlər var

Ucarda ağır avtoqəza olub: 3 ölü, 2 yaralı var.
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

AzTimes.az-ın məlumatına görə, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə üç nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Cahangir Novruzov


Abunəlik