SON DƏQİQƏ!Paytaxta nəzarət TƏBİB-dən alındı

Baxılıb:400
SON DƏQİQƏ!Paytaxta nəzarət TƏBİB-dən alındı

Yoluxma sayının sürətlə artması, hər gün minlərlə insanın koronavirus infeksiyasına mübtəla olması, müraciət edən vətəndaşlardan günlərlə, bəzən həftələrlə test götürülməməsi və bütün bunların fonunda ortaya çıxan kütləvi narazılıqlar hökuməti hərəkətə gətirib.

Hokm.AZ-a daxil olan eksklüziv məlumata görə, ən çox yoluxma sayının olduğu Bakıda TƏBİB-in bütün səlahiyyətləri əlindən alınıb. Bundan sonra paytaxt səhiyyəsinə nəzarəti Səhiyyə Nazirliyi həyata keçirəcək. TƏBİB isə yalnız regionlarda fəaliyyət göstərəcək. Bununla bağlı Hokm.az-ın sualını TƏBİB-dən də təsdiqləyiblər.

TƏBİB niyə yarandı?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Prezidentin 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmanda qeyd olunur ki, TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.

Tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, əhalinin sağlamlığının qorunması sahəsində əlverişli şərait yaratmaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaq, tibb müəssisələrində xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət etmək kimi missiya öz üzərinə götürən TƏBİB-in yaranması məmnunluqla qarşılandı. O səbəbdən ki, ona qədər ölkə səhiyyəsinin idarə edilməsinə tək məsul qurum olan Səhiyyə Nazirliyinin fəaliyyəti yarıtmaz idi. Digər yandan ölkəboyu həyata keçirilən kompleks islahatlar bu sahədə də ciddi dəyişiklərin olacağına böyük ümidlər aşılayırdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2019-cu ilin dekabr ayında imzaladığı sərəncamla Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edildi. Son təyinata qədər Talessemiya Mərkəzinin direktor müavini vəzifəsində çalışan R.Bayramlı bundan öncə ATU-nun Tədris Terapevtik Klinikasının baş həkimi postunu da tutmuşdu. Yəni, səhiyyə menecmenti sahəsində təcrübəsi az olmamalı idi. Lakin hələ o təyin olunan zaman onun Azərbaycan Azərbaycan Tibb Universitetinin sabiq rektoru, hazırda Milli Məclisin Səhiyyə Komitəsinə rəhbərlik edən, akademik Əhliman ƏImiraslanovla qohumluq əlaqəsi səbəbindən sürətli karyera inkişafı yolunu keçdiyini söyləyənlər də az deyildi.


Abunəlik