SON DƏQİQƏ:İqbal Ağazadə hökümətə çağırış etdi-TƏFƏRRÜAT

Baxılıb:1330
SON DƏQİQƏ:İqbal Ağazadə hökümətə çağırış etdi-TƏFƏRRÜAT

Heç bir səbəb olmadan ( Aİ-92 benzini və dizel yanacağı ölkədə istehsal olunur, xammal kənardan gətirilmir, işçilik haqqı əhəmiyyətli şəkildə qaldırılmayıb, adambaşına düşən gəlirlər xüsusi şəkildə yüksəlməyib, bazarda tələblə təklif arasında fərq dəyişməyib və s) yanacağın qiymətini qaldırmaq əhalinin həyat şəraitinə olduqca mənfi təsir göstərəcək, bütün növ ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə artacaq”.AzTimes.az  xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə A-92 markalı benzinin və dizelin qiymətinin bahalaşdırılması haqqında danışarkən deyib.
Partiya sədri qeyd edib ki, onsuz da sosial cəhətdən müdafiəsi zəif olan vətəndaşlarımızın sayı kifayət qədərdir:”Həm də pandemiya şəraitində bunu etmək kimə və nəyə xidmət edir? İnsanlar xəstəliklə yanaşı, yaşamaq uğrunda mübarizə aparırlar. İşsizlik, yoxsulluq insanlarımızı çətin duruma salıb.
Belə bir vəziyyətdə qiymətləri aşağı salmaq, komunal xərcləri – qaz, su, işıq pullarını – dövlət hesabına ödəmək, uşaq pulu verməyin yollarını aramaq əvəzinə, yanacağın qiymətini qaldırıb əhalinin vəziyyətinə əhəmiyyətli təsir edəcək qərarlar vermək hansı məntiqə sığır?
Hər kəs müharibənin emosional-psixoloji eyforiyasından ayrılıb xalqın dərdini və sosial vəziyyətini də düşünməlidir. Hər şey Azərbaycan insanı üçün olmalıdır.
İnsanımız ağır durumdadır, sosial vəziyyət əksər ailələrdə dözülməzdir, işsizlik, pandemiya vətəndaşımızı yorub”.

İ.Ağazadə hökumətə çağırış edib:
“Bu tipli qərarları xalqın mənafeyi nəzərə alınmadan vermək heç bir ölçüyə sığmır. Vətəndaşımızı və onların vəziyyətini nəzərə alın, qərarlarınıza yenidən baxın. Belə olmaz”./dominant.az


Abunəlik