Son dəqiqə:İmtahan vaxtı 45 dəqiqəyə endirildi

Baxılıb:210
Son dəqiqə:İmtahan vaxtı 45 dəqiqəyə endirildi

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib.

AzTimes.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarinda da bəzi dəyişikliklər edilib.
Qərarın 11-ci maddəsində imtahan müddətinin 45 deqiqəyə endirildiyi gösterilir:
“11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəliQərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 32 nömrəli və 17 fevral tarixli 48 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.2-ci bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;”

Yəni qanunda göstərildiyi kimi qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Lakin imtahanın davametmə müddəti dəyişdirilərək 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir