SON DƏQİQƏ!Göyçayda yeni təyinat

Baxılıb:332
SON DƏQİQƏ!Göyçayda yeni təyinat

Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilərək Yerli icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır.
Aprelin 23-də rayon İcra Hakimiyyəti başçısının, müavinlərinin və şöbə müdirlərinin iştirakı ilə ölkə Prezidentinin Fərmanı ilə yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri vəzifəsinə təyin olunan Vətən müharibəsi iştirakçısı Süleymanov Hikmət Qədir oğlunun təqdimatı olmuşdur.⠀⠀
Ehtiyatda olan kapitan Hikmət Süleymanov sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak etmişdir. H.Süleymanov ona göstərilən etimada görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirmiş, şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşacağını qeyd etmişdir.


Abunəlik