SON DƏQİQƏ:Göyçayda ağır qəza-TƏFƏRRÜAT

Baxılıb:337
SON DƏQİQƏ:Göyçayda ağır qəza-TƏFƏRRÜAT

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzTimes.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saat 23:30 radələrində Göyçay şəhərinin Nizami adlı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMV” və “Deyvo” markalı minikavtomobillərinin toqquşması nəticəsində Göyçay rayonu Çərəcə kənd sakinləri, 1992-ci il təvəllüdlü Abdullazadə Ülvi Əhməd oğlu, 1992-ci il təvəllüdlü Baxışov Əlikram Çingizxan oğlu, Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Yusifzadə Şahmar Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(axar.az)


Abunəlik