SON DƏQİQƏ:Binəqədidə aksiya-VİDEO
AZTİMES.AZ xəbər verir ki, Binəqədi rayon birinci mədən 18 çi korpusda yaşayan əhali kanalizasiya problemi ilə üz-üzə qalıblar. Ərazidə çəkiliş apararkən də gördük ki, üfunət iyindən nəfəs almaq mümkün deyil. Təsəvvür edin ki, ölkədə Covid 19 kimi dünyanı lərzəyə salan pandemiyanın tüğyan etdiyi vaxtda burada azyaşlı körpələr və ahıl insanlar yaşayır.
Bir qrup Binəqədi sakini bu gün etiraz aksiyası təşkil edib. Sakinlər deyir ki, hara müraciət etsək də dərdimizə çarə edən yoxdur. Onlar problemlərinin həll olunmayacağı təqdirdə yolu bağlayacaqlarını deyirlər.
Pərvin Abışova AZTİMES.AZ