SON DƏQİQƏ! Zərdabda əməliyyat- FOTOLAR

Baxılıb:232
SON DƏQİQƏ! Zərdabda əməliyyat- FOTOLAR

Zərdabda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb
 
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bıçaqçı kənd sakini Araz Rzayev saxlanılıb. A.Rzayevin rayon ərazisində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və yaşadığı ünvandan 130 qramdan artıq marixuana aşkar edilərək götürülüb. 
 
Zərdab RPŞ-nin keçirdiyi digər tədbirlə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən daha bir nəfər də saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayonun Bıçaqçı kənd sakini Rafiq Xasıyev olduğu müəyyən edilib. R.Xasıyevin Ağdaş rayonu Xınaxlı kəndində yerləşən qəbiristanlığın ərazisində 1 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda marixuana gizlətdiyi aşkarlanıb.
 
Qeyd edilən faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.


 


Abunəlik