SON DƏQİQƏ! Vilayət Eyvazov iki vəzifəli şəxsi işdən uzaqlaşdırdı-SƏBƏB
AzTimes.az xəbər verir ki, Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən Nərimanov rayon polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini Fərid Vəliyev və Nərimanov rayon 17 -ci polis bölməsinin rəisi İltimas Yusifli işlərində buraxdıqları nöqsanlara görə tutduqları vəzifədən azad edilib.
Etibarlı mənbələr hadisənin səbəbini bu gün gündəmi zəbt etmiş “İnfiniti” və “Extra” gecə klublarında baş verənlərlə əlaqəli olduğunu bildirir.