SON DƏQİQƏ! Uşaq sığınacağına hücum oldu- Polis hərəkətə keçdi
AzTimes.az xəbər verir ki, bu gün Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reintiqrasiya Mərkəzində insident baş verib. Bu barədə birliyin rəhbəri Kəmalə Ağazadə AzTimes.az-in sorğusuna cavab olaraq bunları deyib:
Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi/Baku City Main Police Department 4 cü bölmənin əməkdaşları yaşadı…
Uşaqları 3 həftə öncə nənə sığınacağa yerləşdirməsində məqsəd onların həyatı təhlükə olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsini məqsədə uyğun hesab etdi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilmə iddiasını qaldırıb.
Bu gün isə nənə gəlib ki, qızım mənim evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam,verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydaları izah etdik,bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin,eləcə də Sabunçu Rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik. 2 gündən sonra onların iştirakı ilə uşaqların verilib verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi bizə fiziki müqavimətlər göstərdiyindən dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 xidmətinə müraciət etdik,sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı.
4 cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı,polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi.
Hal hazırda həm ana,həm də nənə 4 cü bölməyə aparılıb.
Əminəm ki, hər ikisi barədə müvafiq ölçü götürüləcək.
Polis əməldaşlarına səbr diləyirəm…Onlar özlərini sipər etdilər…Onlar dadımıza yetməsəydi,sığınacağa böyük ziyan dəyəcək, uşaqlarımıza xəsarətlər yetiriləcəkdi.
Bütün baş verənlər kameralarla qeydə alınıb və aidiyyəti qurumlara göndərilib.
Mənim qollarım isə aldığım xəsarətdən göyərib…Əsas uşaqların təhlükədən uzaq olması idi,bunu da polis etdi…