Qarabağ kampaniyası başlandı,hər kəsə çağırış edildi

Baxılıb:580
Qarabağ kampaniyası başlandı,hər kəsə çağırış edildi

İyulun 15-i saat 20:30-dan etibarən Tvitter sosial şəbəkəsində #Karabagh həştəqi ilə kampaniya başladılıb.

Kult.az xəbər verir ki, kampaniyanın keçirilməsində əsas məqsəd düşmənə qarşı informasiya müharibəsində birləşməkdir.

Eyni vaxtda və eyni həştəqlə trendə qoşulan sosial şəbəkə istifadəçiləri 2 saata Dünya Тrendləri Siyahısında 7-ci pilləyə qalxıblar.

Məlumata görə, #stopArmenianAgression həştəqi bu siyahıda 6-cı, #stopArmenianOccupation 8-ci, #KarabakhisAzerbaijan isə 14-cü yerdədir.

Təşkilatçılar hər kəsi Tvitterdən istifadəyə və bu aksiyaya qoşulmağa dəvət edir.

Dünya Тrendləri Siyahısını buradan izləyə bilərsiniz.

Qeyd edək ki, Kampaniyada #IStandWithAzerbaijan,
#KarabakhisAzerbaijan,
#GoAzerbaijan, #ArmeniaIsTheAgressor,
#StopArmenianAgression,
#StopArmenia #StopArmenianOccupation

kimi həştəqlərdən istifadə olunur.

AzTimes.az


Abunəlik