SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmən yenidən…

Baxılıb:295
SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Düşmən yenidən…

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

AzTimes.az xəbər verir ki bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Abunəlik