SON DƏQİQƏ! Hacıqabul polisi əməliyyat keçirdi- SAXLANILANLAR VAR

Baxılıb:371
SON DƏQİQƏ! Hacıqabul polisi əməliyyat keçirdi- SAXLANILANLAR VAR

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənov idarə etdiyi “KİA” markalı avtomobillə saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı salondan bir ədəd idman silahı və həmin silaha aid bir ədəd patron, bir ədəd ov bıçağı və bir ədəd “beşbarmaq” adlanan soyuq silah, yük yerindən isə bir ədəd lüləsi kəsilmiş ov silahı və həmin silaha aid üç ədəd patron aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı M.Həsənov silahların ona məxsus olduğunu və gizlətmək məqsədilə Balakən rayonundan Abşerona, yaşadığı evə apardığını etiraf edib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin şəxsin aşkarlanan silahlarla hər hansı bir cinayət əməlini törədib-törətməməsi araşdırılır. Əgər bu şəxsin əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.


Abunəlik