SON DƏQİQƏ! DTX məlumat YAYDI
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatıMəlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
AzTimes.az