SON DƏQİQƏ! DİN məlumat yaydı:”Fikirlər həqiqəti əks etdirmir”

Baxılıb:344
SON DƏQİQƏ! DİN məlumat yaydı:”Fikirlər həqiqəti əks etdirmir”

“Vətəndaş Fariz Xəlillinin polisin ona qarşı qanunsuz tələblər irəli sürməsi barədə AzTimes.az saytı vasitəsi ilə prezidentə və Daxili İşlər Naziri V.Eyvazova ünvanladığı müraciətdəki fikirlər həqiqəti əks etdirmir.”
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 24-də ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Fariz Xəlilli tibbi maskadan istifadə etmədiyi üçün qanunvericiliyin tələbləri ona izah edilib, barəsində protokol tərtib olunacağı bildirilib. Buna baxmayaraq, F.Xəlilli polisin qanuni tələbinə məhəl qoymayıb. Bu səbəbdən həmin şəxs Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Abunəlik