SON DƏQİQƏ! DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqladı

Baxılıb:532
SON DƏQİQƏ! DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqladı

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın ünvanladığı sorğuya cavab verib:

  • Cəmiyyətdə Milli Məclisin deputatı Eldəniz Səlimovun xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşları ilə münaqişə yaratması birmənalı qarşılanmır. Bu məsələdə Daxili İşlər Nazirliyinin mövqeyi nədən ibarətdir?
    Bildiyiniz kimi Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur. Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur.
    Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində Nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunçuluq, vətəndaş məmnunluğunun təminatıdır.
    Həmin hadisə ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaqdır.
  • Müxtəlif iddialar səsləndirilir…

Bu məsələdə iddiaların olması gözləniləndir. Xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyət qaydası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib və bu baxımdan DİN əməkdaşlarının həmin qaydaları pozan obyekti aşkarlaması, irad bildirməsi və tədbir görməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Qarşı tərəfin bu tələbə etinasız münasibət göstərərək münaqişə yaratması arzuolunmazdır.
İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır.

AzTimes az


Abunəlik