SON DƏQİQƏ! Cəmil Babayev qaytarıldı

Baxılıb:294
SON DƏQİQƏ! Cəmil Babayev qaytarıldı

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş verib.

AzTimes.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Azərbaycana Cəmil Babayev, qarşı tərəfə isə iki erməni qaytarılıb..

Proses Qarabağdakı sülhməramlıların komandiri Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirmişdi.//Yeniavaz.com


Abunəlik