SON DƏQİQƏ! Bakıda yaşayış binası yanır- VİDEO

Baxılıb:321
SON DƏQİQƏ! Bakıda yaşayış binası yanır- VİDEO

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

11:44

Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib. Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.Əlavə məlumat veriləcək.


Abunəlik