SON DƏQİQƏ! ABŞ təyyarəsi vuruldu
ABŞ-a məxsus təyyarə Venesuela sərhədini pozduğu üçün vurulub.
AzTimes.az-ın axar.az-a istinadən xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələri Strateji Komandanlığı məlumat yayıb.
Bildirilib ki, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus bir təyyarə Venesuela hava məkanında aşkarlanıb və hərbi təyyarədən endirilən zərbə nəticəsində zərərsizləşdirilib.
Sözügedən təyyarənin Havker-800 model olduğu və özəl bir şəxsə aid olduğu bildirilib.
Qeyd edək ki, həmin təyyarə bir gün öncə Meksikanın Toluka əyalətindən Quintana Roo sahillərində yerləşən Kozumel adasına uçuş həyata keçirib.