ŞOK! Həmidə Ömərova Polad Bülbüloğlu ilə ailə qurubmuş?
Xalq artisti Həmidə Ömərova “Klip+” verilişinin qonağı olub.
AzTimes.az bildirir ki, aktrisa kliplərə çəkilməməsindən danışıb:
” Mənim kimi statuslu aktrisaların klipə çəkilməsi üçün maraqlı süjet olmalıdır. Klipin özünün audoviziual estetikası olmalıdır. Aktyorda burada özünü yaxşı göstərmək istəyir. Hər aşiqin öz dövranı var”.
H.Ömərova sənətdə qarşılaşdığı haqsızlıqlardan bəhs edib:
“Hər aşiqin öz dövranı var. Hər zaman susmaqla mübarizə aparmışam. Hər an uçurum qarşısındasan, güc tapmalısan ki, ordan yıxılmayasan. Səddi aşmalısan, amma həddini qorumalısan. Çox çətindi sənədlə ailəni bir tutmaq. Mütləq xırda qurbanlar verirsən. Uşağım balaca olanda onu çəkiliş meydançaslna aparırdım. Övladım uşaqlığını istədiyi qədər yaşamayıb. Ona görə də gec böyüdü, uşaqlığından gec ayrıldı. Hər sənətkar bu problemlə rastlaşır”.
H.Ömərova “Yenidən aparıcılıq etmək istəyərsiniz” sualına “Heç vaxt razılaşmaram. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. 22 il “Retro” aparmışam. 30 il aparıcı çalışmışam. Bu bəsdir” cavabını verib.
H.Ömərova bir vaxtlar Polad Bülbüloğlu ilə ailə qurması barədə yayılan xəbərə münasibət bildirib:
“Bir dəfə demişdilər ki, hətta toy şəkli də var. And da içirdilər ki, göstərəcəyik. Deyirdim, gətirsinlər baxım, maraqlıdır. Bəzən insanlar xülyalarını gerçəkləşdirmək istəyirlər. Ekranda aktyorları sevgili kimi görəndə, realda da belə olsun istəyirlər. Hətta deyirdilər açıq-saçıq səhnələrdə çəkilmişəm. Nə edim, belə xəbərlərə reaksiyam qəribə oldu. İnsanların işləri-gücləri qurtarıb? Yəqin paxıllıq hissi ilə bağlıdır”.
/big.az