ŞOK FAKTLAR: Azərbaycanın bu təhsil ocağı məktəbdən daha çox kriminal obyektə bənzəyir – VİDEO/FOTO
Azərbaycanda təhsil sahəsinə milyonlarla vəsait ayrılsa da, bu pullar təəssüf ki, lazımı yerlərə və aidiyyatı üzrə xərclənmir. Təbii ki, vəziyyətin bu cür acınacaqlı olmasında birbaşa təhsil sisteminə rəhbərlik edən şəxslər məsuliyyət daşıyır. Təhsil sisteemində rüşvət və anarxiyanın tüğyan etməsi ilə bağlı dəfələrlə tutarlı faktlarla məlumatlar paylaşmışıq. Lakin təəssüflər olsun ki, heç bir nəticə hasil olmayıb. Bu dəfə isə TəhsilMedia.az-ın redaksiyasına daxil olan məlumatlar sözün əsl mənasında tükürpədici faktlarla doludur.
Belə ki, Sabirabad rayonu Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə baş verənlər nə təhsilimizə, nə də şərəfli peşə sahibləri olan müəllimlərin adına yaraşmır.
Belə ki, təhsil ocağında illərdir bitməyən problemlər hökm sürməkdədir. Məktəb 9 illik olmasına baxmayaraq, bu təhsil ocağında 8-9 cu sinifl şagirdləri demək olar ki, dərsə gəlmirlər.
Ancaq bu, aysberqin sadəcə görünən tərəfləridir. Məktəbdə dərs deyən bəzi müəllimlərin, eləcə də texniki işçilərin dosyesinə nəzər saldıqda, adamın tükləri biz-biz olur. Belə ki, məktəbdə ingilis dilini tədris edən müəllimin ali təhsili olmamasına rəğmən belə vacib bir fəndən dərs keçməsi şok yaradır. Axı ali təhsili olmayan, ingilis dilini bilməyən bir şəxs bu fənni şagirdlərə necə tədris edə bilər? Görünür, Əhmədabad kənd məktəbində hər şey mümkündür.
Bundan başqa, məktəbdə sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin sayı da az deyil. Elə ingilis dili müəllimi də onlardan biridir. Bu azmış kimi həmin müəllimə qonşu kənddəki məktəbdə də eyni fənni tədris edir.
Digər müəllimlərdən birinin isə ümumiyyətlə diplomu olmadığı halda Uşaq Birliyinin rəhbəri vəzifəsində çalışır. Ancaq bütün bu sadalanan faktlar indi yazacağımız reallıqların yanında zəif görünür. Belə ki, Əhmədabad kənd orta məktəbində bir neçə müəllim var ki, onlar haqqında cinayət işi açılıb və hətta mühakimə olunublar.
Məsələn, Muradov Nurəddin Musa oğlu əvvəllər qanunsuz olaraq narkotik maddələrin satışı ilə məşğul olduğu üçün Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə 8 il cəza alıb. Ancaq buna baxmayaraq hazırda adıçəkilən məktəbdə labarant vəzifəsində işləyir.

Digəri texniki işçi Mayıl Ələzov isə Cinayət Məcəlləsinin 127 ci maddəsi ilə ittiham edilib. Hazırda üzərində bu maddə ilə cinayət işi var. Eyni zamanda daha 2 qadın müəllimənin ayağında elektron qandal olduğu haqda məlumatlar redaksiyamıza daxil olub.

Beləliklə, məktəb təhsil ocağından daha çox kriminal obyektə bənzəyir. Bütün bu hadisələrdən məktəbin direktoru Şahzadə Şahzəddinov xəbərdar olsa da, məsələni ört-basdır etməyə çalışır. İşin üstü açılanda isə bütün günahları keçmiş direktorun üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır. Hətta bu azmış kimi direktor günahları Mil-Muğan Regional təhsil idarəsinin üzərinə atmaqdan belə çəkinmir. Ümid edirik ki, sadalanan bu iddialar və faktlarla bağlı aidiyyatı qurumlar tədbir görəcəklər və bir təhsil ocağı kriminal obyekt olmaqdan xilas ediləcək.
Videonu aşağıdakı linkdən izləyə bilərsiniz :