ŞOK AÇIQLAMA: “40 milyona yaxın insan bu səbəbdən ölə bilər”
“25 il ərzində 40 milyona yaxın insan antibiotik müqavimətinə görə ölə bilər”,
Bunu İngiltərənin keçmiş baş tibb işçisi Sally Davies deyib.
Onun sözlərinə görə, hər il bir milyon insan antimikrobiyal müqavimət səbəbiylə ölür və bu say artmaq üzrədir:
“Alimlər 2050-ci ilə qədər ölüm nisbətinin iki dəfə artacağını və yaşlı insanların xüsusi risk altında olacağını proqnozlaşdırırlar”.
O qeyd edib ki, 70 yaşdan yuxarı insanlar arasında ölüm halları 1990-cı ildən bəri xroniki xəstəliklərin artması səbəbindən 80% artıb.