ŞOK! 7 nəfərlik ailə qətlə yetirildi – 1-i uşaqdır
Meksikanın Verakruz ştatının Boka-del-Rio şəhərində qadınlar və bir uşaq daxil olmaqla 7 nəfərlik ailə qətlə yetirilib.
Bu barədə yerli prokurorluğun mətbuat xidməti tviterdə bildirib.
“Biri azyaşlı olmaqla üç qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb”, – mətbuat xidməti vurğulayıb.
Meksikada son illərdə qəsdən adam öldürmələrin sayı bir qədər azalıb. Hökumətin məlumatına görə, 2022-ci ilin ilk 5 ayında 10 838 belə cinayət qeydə alınıb.