SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “Caspian Engineering Procurement and Construction” MMC adını dəyişib.
Şirkət artıq “SOCAR Projects” adlanır.
Xatırladaq ki, “Caspian Engineering Procurement and Construction” 2021-ci ildə yaradılıb.
Onun hüquqi ünvanı SOCAR-ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73, nizamnamə kapitalı isə 10 min manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.