Siyavuş Novruzov nazirləri istefaya çağırdı

Baxılıb:101
Siyavuş Novruzov nazirləri istefaya çağırdı

Siyavuş Novruzov dövlət qurumlarında mətbuat xidmətlərinin ləğv edilməsini təklif edir.
Demokrat.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdə Hesablama Palatasının illik məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hər bir nazirliyin, dövlət qurumunun mətbuat xidməti ola bilməz.
“Biz pandemiya dövründə də gördük. Nazir qalıb kənarda, mətbuat xidmətləri “Əlləzinə” oxuyur. Buna baxmaq lazımdır. Əgər nazir xalqın qarşısına çıxa bilmirsə, üzü yoxdursa istefa versin. Necə olur Prezident, Birinci vitse-prezident birbaşa xalqla təmasda olur. Nazir isə yox. Nazir vəzifə borcunu yerinə yetirə bilmirsə, yenə də istefa versin. Belə olmaz. Nazirin birbaşa vəzifəsi xalqı məlumatlandırmaqdır. Ona görə də hesab edirəm ki, Hesablama Palatası gələcəkdə bu məsələləri nəzərə alsın”- komitə sədri deyib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir