Siyəzəndə yaxalanan Xaçmaz sakinindən narkotik vasitə aşkarlandı

Baxılıb:295
Siyəzəndə yaxalanan Xaçmaz sakinindən narkotik vasitə aşkarlandı

Siyəzəndə saxlanılan Xaçmaz sakinindən matamfetamin və marixuana aşkarlandı
Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini Anar Əsədov Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək gö türülüb.
Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər👉


Abunəlik