Şirvanda həkimdən DİN-ə şikayət: virusu kim yayır? – İTTİHAM

Baxılıb:495
Şirvanda həkimdən DİN-ə şikayət: virusu kim yayır? – İTTİHAM

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının (ŞMX) terapiya şöbəsinin müdiri Akif İsmayılov barədə Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və TƏBİB-ə şikayət edilib. Reportyor.info xəbər verir ki, şikayəti yazanların əksəriyyəti onun həkim kollektividir.

Bununla bağlı “facebook” sosial mediasının “Bizim Şirvan” səhifəsində qeyd edilib ki, bu şikayətin orqanlara göndərilməsi anlaşılandır: “Çünki Şirvan şəhər Mərkəzi Xəstəxanasında həqiqətən özünə, həkim adına hörmət edən, savadlı həkimlərimiz çoxdur.

Onlar da bu həkiminin gəlib Şirvanda qayınatası hesabına şöbə müdiri olmasını, xəstələrin həyatı ilə oynamasını qəbul etmirlər. Nəticəd bütün həkimlərimizin, bütün Şirvan xəstəxanasının adı pisə hallanır”.

Səhifədə deyilir ki, onun həmkarı, Şirvanda dəyərli ziyalı, xəstəxananın kordioloqu Maarif Abdullayev A.İsmayılov barəsində yazır:

“Bu barədə (Şirvan xəstəxanasında koronavirusla bağlı vəziyyəti nəzərdə tutur) kollektiv məlumat verilmiş, tibbi şurada buna səbəb olan həkim İsmayilov Akifin qeyri-etik və pandemiya qanunlarına tabe olmaması, xəstələrin evdə müalicə olunması, çox böyük məbləğdə reseptlər yazması, hətta bəzi yağlardan (boranı, soya və s.) istifadə etməsi sübut olunub.

Çox təəsüflər olsun ki, çox dəyərli insanlarımızın bəziləri onun vicdansızlığı üzündən dünyasını dəyişdilər. Bəziləri isə STA-da, “Covid” xəstəxanalarında ağır vəziyyətdə müalicə olunurlar.

Şirvan şəhərinin Epidstatusuna böyük zərbə vurdu. Bütün bu hadisələr barədə TƏBİB-in hüquq şöbəsinə material göndərmişik. Hər bir vicdanli Şirvan sakini onu ifşa etməyə səy göstərməlidir. Bu hər bir şirvanlının vicdan borcudur”.

“Bizim Şirvan” səhifəsi öz əlavəsini edib: “Əziz şirvanlılar, yadınızdadırsa, bu Akif İsmayılovla bağlı paylaşım edəndə, özü, qohumları, icrada baş məsləhətçi olan həyat yoldaşı Samirə İsmayılovanın (Burcəli müəllimin qızı) nəzarətində olan trollar bizi söyüb, təhqir etdilər. Həmin vaxt sağ olsunlar Şirvan xəstəxanasında işləyən vicdanlı həkimlərimiz bizə inboxa yazdılar ki, düz yazmısınız, bu adamın müalicə işindən başı çıxmır.

Hətta bir xəstəsi yazmışdı ki, koronavirus olan anama eşşək südü ilə at sidiyini içirib, anamın vəziyyəti ağırlaşıb, təcili Bakıya aparılıb.

Təəsüflər olsun ki, həmin adama Akifin həyat yolaşı Samirə İsmayılova zəng vuraraq hədə-qorxu gəldi. Adam bizə yazdı ki, icradakı qohumumu işdən çıxarmaqla hədələyirlər. Xahiş edirik, yazmayın! Biz də yazmadıq!

İndi ona görə, Şirvan xəstəxanası bağlanır, xəstə qəbul edilməyəcək. Həkimlərimiz işsiz qalacaq. Xəstələrimizi ətraf rayonlara, Bakıya aparamaq məcburiyyətində qalacağıq. Yollar bağlı, xəstəxanalar dolu.

Bu adamı vaxtı ilə müdafiə edənlər də utansın! Ümid edirik ki, adlarını taq etdiyimiz dövlət orqanları A.İsmayılov haqqında hüquqi tədbir görəcəklər.

Bu adam haqqında bir şey yazan kimi tez cəbhədə xidmət etdiyini gözümüzə soxur. Onunla da bağlı araşdırma aparmışıq. Bu adam cəbhədə hərbi hissənin tibb məntəqəsində xidmət edib. Orada əsgər valideynlərindən pul alaraq uşaqları hospitala yazırmış.

Hətta onlardan ikisi bu barədə Respublika Hərbi Prokurorluğuna şikayət edib. Araya qayanatası Bürcəli müəllim və Şirvan şəhər İcra Hakimiyyətində işləyən həyat yoldaşı Samirə İsmayılova girib, pulla məsələni ört-basdır ediblər”.

Bu iddia və ittihamlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Şirvanda həkimdən DİN-ə şikayət: virusu kim yayır? - İTTİHAM

Abunəlik