Şirvanda daha bir əməliyyat- Külli miqdarda narkotik vasitə aşkarlandı

Baxılıb:399
Şirvanda daha bir əməliyyat- Külli miqdarda narkotik vasitə aşkarlandı

Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yadigar Məmmədov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı külli miqdarda heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Abunəlik