Şirvan sakini həbsdəki oğluna qəndin içində narkotik keçirmək istəyib -FOTO

Baxılıb:111
Şirvan sakini həbsdəki oğluna qəndin içində narkotik keçirmək istəyib -FOTO

Penitensiar xidmətin (PX) əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Aztimes.az xəbər verir ki, Xidmətdən Manset.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Cavidan Əhmədağa oğlu İbişova atası Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə – Preqabalin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik